Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

® MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki nominasiya üzrə mükafatlandırıb.

 

Reklam_3_11

Azərbaycan Beynəlxalq Bankı Debit MasterCard kartlarının sayını ən çox artıran 1-ci bank mükafatına layiq görülüb. Bank Platinum kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub. JW Marriott Absheron otelində keçirilən mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim olunub.

 

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

 

Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda alış-veriş zamanı bankın kartları və POS terminalları ilə aparılmış ödənişin 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir.

 

Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 782 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının minlərlə aktiv POS terminalı müştərilərin istifadəsindədir.

 

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

11.12.2019 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ