Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BP-nin yeni rəhbəri Azərbaycan Prezidentinə təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-nin yeni rəhbəri Azərbaycan Prezidentinə təqdim edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bob Dadli, BP qrupunun baş icraçı direktoru və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Cənab Dadli və cənab Luni dünən Bakıya gəliblər.

 

Reklam_3_11

Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.  

 

Bob Dadli doqquz ildən çox baş icraçı direktor olmaqla BP-də 40 ildir ki, işləyir.  O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək  və sonra 2020-ci il  31 mart tarixindən isə təqaüdə çıxacaq.

 

“BP Azərbaycan” şirkətindən “Marja”ya bildirilib ki, Azərbaycana səfər proqramı çərçivəsində cənab Luni Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təqdim olunmuşdur. Həmin görüşdə cənab Luni Prezident Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat vermiş, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışmışdır. Luni həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulamışdır.

 

Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilmişdir.   

11.12.2019 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ