Neft nəhənginin səhmləri ilk əməliyyat günündə 10% bahalaşdı
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun səhmləri ilk kütləvi təklifin (İPO) tamamlanmasının ardından Çərşənbə günü birjada əməliyyat olunmağa başlayıb.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, "Saudi Aramco" səhmlərinin 32 riyal (8,53 dollar) açılış qiymətilə əməliyyatına başlanılıb. Səhmlər 10% bahalaşaraq 35,2 riyala (9,39 dollar) yüksəlib və şirkətin bazar dəyəri təxminən 1,87 trilyon dollara çatıb.
"Saudi Aramco" səhmlərinin təklif zamanı olan güclü tələb səbəbilə bahalaşacağı gözlənilirdi.
Səudiyyə Ərəbistanı şirkətin səhmlərinin 1.5%-ini 32 riyaldan (8.53 dollar) satmışdı. Beləcə, "Saudi Aramco" 1.7 trilyon dollarlıq bazar dəyərilə dünyanın ən qiymətli şirkəti olub.
"Saudi Aramco", ən böyük beş neft şirkətinin (Exxon Mobile, Total, Royal Dutch Shell, Chevron və BP) cəmi dəyərindən daha böyük bir bazar dəyərinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
20 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası