Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni radio üçün sənəd verən şirkətlərin sayı 5-ə çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni radio üçün sənəd verən şirkətlərin sayı 5-ə çatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə qatılan şirkətlərin sayı artıb.

 

Reklam_3_11

Bunu açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

 

Onun sözlərinə görə, daha bir şirkət sənədlərini MTRŞ-a təqdim edib: "Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 5-ə çatıb. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir".

 

MTRŞ iddiaçıların adlarını rəsmi şəkildə açıqlamayıb.

 

Qeyd edək ki, sözügedən tezlik üzrə MTRŞ-a müraciət edən şirkətlərin 4-nün adı mətbuata məlum olub. Belə ki, həmin şirkətlər “Balans Studiyası”,“İNS ÇM” MMC, "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan”dır. 

 

Xatırladaq ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sabah saat 18:00-da sənəd qəbulu başa çatacaq.

 

Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək.

 

NAĞD PUL 17%-DƏN

 

© “Report”

11.12.2019 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ