Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İcra başçısı malları yanan sahibkarlara ümid verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra başçısı malları yanan sahibkarlara ümid verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlarla görüşüb.

 

RİH başçısı deyib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar, icarədarlar bir-bir RİH-ə dəvət olunacaq.

 

“Kompensasiya ödənilməsi məsələsinə baxılacaq”, - Elxan Allahverdiyev bildirib. 

 

Qeyd edək ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb.

 

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

 

NAĞD PUL 17%-DƏN

 

© APA

11.12.2019 10:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ