“NBCBank”ın müasir dizaynda təmir olunmuş filialının açılışı olub
(®) Bu gün “NBCBank”ın müasir dizaynda əsaslı təmir olunmuş “Babək” filialının açılışı olub.
Açılış mərasimində Bankın Müşahidə Şurasının Sədri, İdarə Heyətinin üzvləri, departament direktorları iştirak ediblər.
Bu 2019-cu ildə yeni konseptdə təmir olunmuş sayca üçüncü filialdır.
Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. Bundan başqa filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, bütün bank xidmətləri göstərilir.
Qeyd edək ki, "NBCBank"ın “Babək” Filialı Babək pr., 2199 ünvanında yerləşir.
Ölkənin ilk müstəqil banklarından olan "NBCBank" ASC Bas Ofis, 11 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə 26 ildir ki müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən +994709320932 məlumat əldə edə bilərlər. Bundan əlavə www.nbcbank.az saytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl