ABŞ neft qiyməti proqnozlarını yüksəltdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), gələn ilə dair neft qiyməti proqnozlarını yüksəldib.
"Marja" EIA-nın 2019-cu ilin Dekabr ayı hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə Brent növü xam neftin orta barel qiymətinin 60,50 dollar, Qərb Texas (WTI) növü xam neftin orta barel qiymətinin də 55 dollar olacağı nəzərdə tutulur.
Noyabr hesabatında gələn il üçün Brent növü xam neftin orta barel qiymətinin 60 dollar, WTI xam neftin orta barel qiymətinin isə 54,50 dollar olacağı təxmin edilmişdi.
EIA-in buaykı hesabatında, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələrin xam neft istehsallarını 2020-nin ilk rübündə əlavə gündəlik 500 min barel azaltmaq qərarının, qiymətlərin yüksəlməsinə səbəb olacağı qeyd edilib.
ABŞ-ın gələn ilə dair xam neft istehsalı proqnozu isə gündəlik ortalama 100 min barel aşağı salınıb. Hesabata görə, ölkənin gələn il gündəlik orta xam neft istehsalının 13,2 milyon barel ətrafında reallaşacağı nəzərdə tutulur. EIA-in noyabr ayı hesabatında, ABŞ-ın gündəlik orta xam neft istehsalının 2020-də 13,3 milyon barel olacağı təxmin edilmişdi.
ABŞ, 2018-ci ilin Noyabr ayında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
44 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
53 d. əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl