Mobil manşet üstü reklam_21

ABŞ neft qiyməti proqnozlarını yüksəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiyməti proqnozlarını yüksəltdi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), gələn ilə dair neft qiyməti proqnozlarını yüksəldib. 

 

"Marja" EIA-nın 2019-cu ilin Dekabr ayı hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə Brent növü xam neftin orta barel qiymətinin 60,50 dollar, Qərb Texas (WTI) növü xam neftin orta barel qiymətinin də 55 dollar olacağı nəzərdə tutulur.

 

Noyabr hesabatında gələn il üçün Brent növü xam neftin orta barel qiymətinin 60 dollar, WTI xam neftin orta barel qiymətinin isə 54,50 dollar olacağı təxmin edilmişdi.

 

EIA-in buaykı hesabatında, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələrin xam neft istehsallarını 2020-nin ilk rübündə əlavə gündəlik 500 min barel azaltmaq qərarının, qiymətlərin yüksəlməsinə səbəb olacağı qeyd edilib.
 

ABŞ-ın gələn ilə dair xam neft istehsalı proqnozu isə gündəlik ortalama 100 min barel aşağı salınıb. Hesabata görə, ölkənin gələn il gündəlik orta xam neft istehsalının 13,2 milyon barel ətrafında reallaşacağı nəzərdə tutulur. EIA-in noyabr ayı hesabatında, ABŞ-ın gündəlik orta  xam neft istehsalının 2020-də 13,3 milyon barel olacağı təxmin edilmişdi.

 

ABŞ, 2018-ci ilin Noyabr ayında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olmuşdur.

11.12.2019 11:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ