Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bakı Sığorta”nın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Sığorta”nın vəziyyəti məlum oldu

“Bakı Sığorta” ASC 2016-cı ili 237 min 271 manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, şirkət 2015-ci ildə 1 milyon 91 min manat mənfəət əldə etdiyini açıqlamışdı. Beləliklə, 2015-ci illə müqayisədə ötən il Şirkətin xalis mənfəəti 4,2 dəfə azalıb. Xalis mənfəətin azalmasına səbəb Şirkətin gəlirlərinin aşağı düşməsidir.

 

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki,ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 3 milyon 133 min manat, cəmi xərcləri isə 2 milyon 836 min manat təşkil edib. Şirkət 296 min 589 manatlıq maliyyə mənfəətindən 59,3 min manat mənfəət vergisi ödəyib.

 

2015-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 5 milyon 991 min manat, cəmi xərcləri isə 4 milyon 900 min manat təşkil etmişdi.

 

31 Dekabr 2016-cı il tarixində “Bakı Sığorta” 11 milyon 60 min manat cəmi aktivlərə (2015-də 12 milyon 208 min manat), 8 milyon 917 min manat cəmi kapitala (2015-də 8 milyon 795 min manat), 2 milyon 143 min manat cəmi öhdəliklərə (2015-də 3 milyon 412 min manat) malik olub.

04.04.2017 08:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ