Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR Azərbaycanın zavodlar kompleksilə razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Azərbaycanın zavodlar kompleksilə razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 dekabr 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında Anlaşma Memorandumu imzalanıb.

 

Reklam_3_11

STP-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, sənədə əsasən, neft-qaz yataqlarının istismarı sahəsində böyük təcrübəyə və yüksək ixtisaslı personala  malik olan  SOCAR neft-qaz hasilatı imkanlarının optimallaşdırılması istiqamətində qazma və qoruyucu boru xətləri, dövredici və digər avadanlıqların quraşdırılması, sökülməsi, təmir və texniki qulluq göstərilməsi, təzyiq sınaqları və təftiş işlərinin aparılması məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı nəzərdə tutur. STP ölkə ərazisində sözü gedən avadanlıqlara texnik qulluq göstərilməsi, habelə xüsusi avadanlıq hissələrinin istehsalında ixtisaslaşmış istehsalat sahələrinə malik olan ən iri sənaye komplekslərindəndir.

 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də   istismara verilib. Hazırda STP-də  mövcud  olan 11 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir. Kabel, polimer boru,  elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

11.12.2019 12:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ