Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ADA Universiteti İT sahəsində keçirilən interaktiv görüşə ev sahibliyi edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ADA Universiteti İT sahəsində keçirilən interaktiv görüşə ev sahibliyi edib

"Expertech" üzrə növbəti görüş 10 dekabr tarixində ADA Universitetində baş tutub.

 

"İnformasiya texnologiyalarında idarəetmə və onun startaplar üçün rolu" mövzusunda həyata keçirilən görüşün aparıcılığını "ATL Tech" şirkətinin texniki direktoru Vurğun Hacıyev edib.

 

82 nəfərin iştirak etdiyi interaktiv görüşdə V. Hacıyev açılışı edərək "Expertech"in mahiyyəti ilə bağlı məlumat verib. Görüşdə qonaq qismində iştirak edən ADA Universitetinin nümayəndəsi Camaləddin Həsənov isə mövzu ilə bağlı təcrübələrini bölüşərək sualları cavablandırıb. Belə ki, İT sahəsində təhsil, gələcək inkişaf metodları, karyera imkanları ilə əlaqədar suallar əsasən tələbələr tərəfindən, mövcud problemlər, yeni ideyalar və bununla bağlı suallar isə gənc sahibkarlar və təcrübəli peşəkarlar tərəfindən səsləndirilib.

 

Bu, ADA Universitetində təşkil olunan ilk "Expertech" görüşü olub. Universitet heç bir texniki və ya təşkilati problemin meydana gəlməməsi üçün 2 texniki işçi təyin edib.

 

Qeyd edək ki, "Expertech" İT sevərlərin və bu sahənin peşəkarlarının bir araya gəldiyi aylıq görüşlərdir. Bu görüşlərin əsas məqsədi yerli İT-nin inkişaf etdirilməsi ilə bağlıdır.

 

Belə ki, "Expertech" tələbələr və mütəxəssislər üçün böyük şəbəkə imkanı yaratmaqla bərabər yeni yaranan ideyaların müzakirəsi və inkişafı üçün mühit formalaşdırır. Görüşlərdə qonaq qismində iştirak edən məruzəçilər yerli və xarici təcrübələrini, seçilmiş mövzular üzrə biliklərini bölüşərək auditoriyanın suallarını cavablandırırlar. Müxtəlif universitetlərdən bir çox tələbələr, kiçik və böyük mütəxəssislər, İT həvəskarları hər ay bir araya gələrək texnologiya ilə bağlı xəbərləri və son mövzuları interaktiv şəkildə müzakirə edirlər.


"Expertech" hər kəsə açıq olmaqla pulsuz şəkildə həyata keçirilən fəaliyyətdir və iş saatlarından sonra təşkil olunur. "Expertech" görüşləri "ATL Tech" proqram təminatı və texnoloji həllər şirkəti tərəfindən təşkil olunur.

11.12.2019 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ