Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qeyri neft sektorunda istehsal 13,9 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qeyri neft sektorunda istehsal 13,9 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artmışdır.

 

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,1 faiz artmışdır.

 

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 faiz, tütün məmulatlarının istehsalı 55,7 faiz, içkilərin istehsalı 40,0 faiz, poliqrafiya məhsullarının istehsalı 39,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 27,3 faiz, əczaçılıq məhsullarının istehsalı 24,7 faiz, kağız və karton istehsalı 23,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 faiz, geyim istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,4 faiz, maşın və avadanlıqların istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 1,3 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 3,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz artmışdır.

11.12.2019 13:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ