Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət Agentliyi 5 özəl xəstəxana ilə müqavilə imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyi 5 özəl xəstəxana ilə müqavilə imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublikanın tanınmış özəl xəstəxanaları ilə müqavilə imzalanıb.

 

Reklam_3_11

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var. AYNA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.


Ş.Eyvazov bildirib ki, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir: “Agentliyin göndərişi ilə xəstələr özəl xəstəxanalarda icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, hər xəstəyə göndəriş verilməyəcək. Əgər xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqaviləmiz olan özəl xəstəxanalardan birinə göndərilir. Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanır".

 

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi onu da qeyd edib ki, pilot layihə çərçivəsində 37 anadangəlmə ürək qüsurlu uşaq müxtəlif özəl və dövlət xəstəxanalarında heç bir ödəniş edilmədən əməliyyat olunub: "Ağdaşdan olan 170 şəxs Bakıda özəl xəstəxanalarda koronar angioqrafiya (anju), ürəyə stent qoyulması əməliyyatı keçirib. Həmin vətəndaşlar heç bir ödəniş etməyib”.

 

Ş.Eyvazovun sözlərinə görə, gələcəkdə digər özəl xəstəxanalarla da belə müqavilələrin imzalanması nəzərdə tutulur.

 

© "Ayna"

11.12.2019 14:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ