"Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıb"
Azərbaycan – Rusiya və Rusiya – Azərbaycan işgüzar şuralarının əməkdaşlığı çərçivəsində turizm alyansı yaradılıb.
Bu barədə Azərbaycan – Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərəcək yeni alyansa “PAŞA Travel” şirkətinin icraçı direktoru Anar Rəhmanov başçılıq edəcək.
Azərbaycan-Rusiya İşgüzar Şurasının yeni tərkibdə ilk iclasının vaxtı açıqlanıb
Səməd Qurbanov bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq öncül əhəmiyyətə malikdir.
S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
“Bu il Azərbaycan – Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan – Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
- 8 d. əvvəl
-
9 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 4 saat əvvəl
- 4 saat əvvəl