Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin (FOMC) 2019-cu ildəki son iclası başa çatdı. 

 

"Marja" xəbər verir ki, gözlənildiyi kimi Fed faizləri dəyişmədi. Faizlər 1,50%-1,75% aralığında sabit saxlanılıb

 

İqtisadçılar da ilin son yığıncağında faizlərdə dəyişiklik ediləcəyini gözləmirdilər.


Bu il 3 dəfə faiz endiriminə gedən Fed, iyul ayında pul siyasəti faizini 25 bənd endirərək 2,00%-2,25%, sentyabrda yenə 25 bənd azaldaraq 1,75%-2,00%, oktyabrda da yenə 25 bənd endirimlə 1,50%-1,75% aralığına endirmişdi.

 

Fed-in qərar mətnində, faizlərin həm məşğulluğu, həm də iqtisadi artımı dəstəkləmək üçün uyğun səviyyədə olduğu qeyd edilib. 

 

Həmçinin Fed, qərar mətnindən "qeyri-müəyənliklər" ifadəsini çıxardıb. 2020-ci ildə faizin mövcud səviyyələrdə qalacağına işarə edilib.

 

Bankın nə zamana qədər gözləmədə qalacağı isə bazarlar tərəfindən maraqla izlənilir. İqtisadçılar, Fed-in gələcək 1-2 il ərzində gözləmədə qala biləcəyini, ancaq hər hansı bir mənfilik olması vəziyyətində iqtisadiyyata lazımlı dəstəyin veriləcəyini söyləyirlər.

11.12.2019 20:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ