Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin (FOMC) 2019-cu ildəki son iclası başa çatdı.
"Marja" xəbər verir ki, gözlənildiyi kimi Fed faizləri dəyişmədi. Faizlər 1,50%-1,75% aralığında sabit saxlanılıb.
İqtisadçılar da ilin son yığıncağında faizlərdə dəyişiklik ediləcəyini gözləmirdilər.
Bu il 3 dəfə faiz endiriminə gedən Fed, iyul ayında pul siyasəti faizini 25 bənd endirərək 2,00%-2,25%, sentyabrda yenə 25 bənd azaldaraq 1,75%-2,00%, oktyabrda da yenə 25 bənd endirimlə 1,50%-1,75% aralığına endirmişdi.
Fed-in qərar mətnində, faizlərin həm məşğulluğu, həm də iqtisadi artımı dəstəkləmək üçün uyğun səviyyədə olduğu qeyd edilib.
Həmçinin Fed, qərar mətnindən "qeyri-müəyənliklər" ifadəsini çıxardıb. 2020-ci ildə faizin mövcud səviyyələrdə qalacağına işarə edilib.
Bankın nə zamana qədər gözləmədə qalacağı isə bazarlar tərəfindən maraqla izlənilir. İqtisadçılar, Fed-in gələcək 1-2 il ərzində gözləmədə qala biləcəyini, ancaq hər hansı bir mənfilik olması vəziyyətində iqtisadiyyata lazımlı dəstəyin veriləcəyini söyləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
18 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl