Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"İnvest-AZ"ın mütəxəssisi Bakı Ali Neft Məktəbində master-klass keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnvest-AZ"ın mütəxəssisi Bakı Ali Neft Məktəbində master-klass keçib

“İnvest-AZ İnvestisiya Şirkəti”nin tədris üzrə meneceri, iqtisad  üzrə fəlsəfə doktoru Rövşən Məmmədov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda master-klass keçib.

 

Master-klass “Society of Business Management” cəmiyyəti, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə baş tutub.

 

Master-klass zamanı maraqlı məqamlara toxunan Rövşən Məmmədov BANM tələbələrinə  maliyyə bazarları, birjalar və onun növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verib. O, eyni zamanda, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni və analitik təhlil üsulları barədə də danışıb.

 

Rövşən Məmmədov qeyd edib ki, maliyyə bazarının əsas tərkib elementlərindən biri olan fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

“Siz tələbələrin fond bazarının fəaliyyət prinsipləri xüsusiyyətlərinə dair geniş biliklərə yiyələnməyiniz gələcəkdə biznes idarəçiliyinin müxtəlif sferalarında sizin peşəkar kadr kimi yetişməyinizdə və fəaliyyətinizdə lazım olacaq” – deyə, o  əlavə edib.

 

Master klass zamanı Rövşən Məmmədov MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və sessiya üçün yaradılmış şəraitə görə Ali Məktəb rəhbərliyinə təşəkkürünü bildirib. Sual-cavabda fəal iştirak edən tələbəyə, eyni zamanda BANM-in kitabxanasına "Maliyyə bazarlarının əlifbası" adlı kitab hədiyyə olunub. 

 

Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez “Professional biznes müzakirələri” (“Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların  rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.

12.12.2019 04:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ