Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

3 yaşayış binası tikiləcək - 12 MİLYON MANATLIQ SİFARİŞLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 yaşayış binası tikiləcək - 12 MİLYON MANATLIQ SİFARİŞLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində 3 yaşayış binası tikiləcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu “T.T.Ş-İnşaat” ММC və “Bakinşaat Group” ММC və “Tunel-Metro Inşaat” ММC ilə müqavilələr imzalayıb. “T.T.Ş-İnşaat” MMC 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi üçün Fonddan 3 milyon 347 min manat, “Bakinşaat Group” MMC  5 mərtəbəli 60 mənzilli 2 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 401 min manat, “Tunel-Metro Inşaat” ММC isə 5 mərtəbəli 60 mənzilli 3 №-li yeni yaşayış binasının və videomüşahidə şəbəkəsinin tikintisi üçün 3 milyon 426 min manat alıb.

 

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu binaların xarici və sahədaxili qaz təchizatı, su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi,  binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri, xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün də müqavilələr imzalayıb.

 

Fonddan “VS Enerji Servis” MMC xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üçün 616 min manat, “Konsept Holding” MMC abadlıq və yaşıllaşdırma işləri üçün 601 min manat, “Azərsutəchizattikinti” ASC su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün 535 min manat, “Tunel-Metro İnşaat” ММC  xarici və sahədaxili qaz təchizatı işləri üçün 35 min manat alıb.

 

3 binanın tikilərək yaşayışa hazır vəziyyətə çatdırılmasına 11 milyon 962 min manat xərclənəcək.

12.12.2019 09:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ