Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu

Keçən cümə axşamı ilk kütləvi təklifi (IPO) reallaşan və dünən Səudiyyə Ərəbistanı birjası "Tadawul"da əməliyyat olunmağa başlayan "Saudi Aramco"nun səhminin dəyəri bu gün 10% artaraq 38,7 riyala (10,32 dollara) qalxıb. Beləcə, şirkətin bazar dəyəri də 2,06 trilyon dollara yüksəlib.

 

Reklam_3_11

"Tadawul"un məlumatına görə, 32 riyaldan (8,53 dollar) əməliyat olunmağa başlayan "Saudi Aramco" səhmləri, dünən 10% artımla 35,2 riyala (9,39 dollar) yüksəlmiş və şirkətin bazar dəyəri 1,87 trilyon dollar olmuşdu.

 

Təxminən 3 ildir təxirə salınan "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi təklifi keçən həftə başa çatmış, şirkət IPO-dan 25,59 milyard dollar gəlir əldə edərək rekord qırmış  və bazar dəyəri 1,7 trilyon dolların üzərində təyin olunaraq dünyanın ən qiymətli  şirkəti mövqesinə yüksəlmişdi.

 

"Saudi Aramco", IPO zamanı 1,5%-lik səhmləri üçün korporativ sərmayəçilərdən 106 milyard dollar və fərdi sərmayəçilərdən 119 milyard dollar dəyərində təkliflər almışdı. 


 

Dünyanın ən böyük şirkəti "Saudi Aramco"nun səhmləri ikinci əməliyyat günündə də 10% bahalaşıb. Neft nəhənginin bazar dəyəri 2 trilyon dolları aşıb və 2.06 trilyon dollarlıq bazar dəyərinə çatıb. 

 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun səhmlərinin ilk kütləvi satışı aparılmış və iki gün öncə birjada əməliyyatlar başlamışdır.

 

"Aramco"nun səhmləri 32 riyaldan satışa çıxmış və şirkətin bazar dəyəri həmin gün 1.7 trilyon dollar təşkil etmişdi. 

 

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın neft şirkətinə 2 trilyon dollar qiymət qoymuşdu.  
 

Dünyanın ən böyük şirkəti "Aramco"nun bazar dəyəri "Microsoft" və "Apple"ı geridə qoyur. 

12.12.2019 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ