Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azercell "Defne"ni özünə həll ortağı seçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell "Defne"ni özünə həll ortağı seçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın mobil rabitə şirkəti Azercell, korporativ müştərilərinə Mobil VPN xidməti təqdim etmək üçün texnologiya tərəfdaşı olaraq Türkiyənin "Defne Telekomünikasyon" şirkətini seçib. "Marja" xəbər verir ki, Azercell korporativ müştəri gəlirlərini artırmaq üçün "Defne"nin  inovatif  zəng nəzarəti və idarə edilməsi təcrübəsindən istifadə edəcəkdir.
 

"Defne"nin Mobil VPN həlli sayəsində Azercell, korporativ müştərilərinə bundan sonra qısa nömrə zəngləri, zənglərə nəzarət, birbaşa əlaqə, xüsusi nömrə planlaşdırması, şirkət işçilərindən qrup yaratmaq, telekonfrans, mobil PBX kimi ənənəvi xidmətləri CaaS (Communication as a Service) biznes modelində öz rabitə şəbəkəsi üzərindən təqdim edə biləcəkdir.
 
 Azercell-in İcraçı direktoru Vahid Mürsaliyev, "Bu əməkdaşlığın korporativ abonentlərimizə təqdim etdiyimiz əlavə dəyəri artıracağımıza inanıram.
 
"Defne"nin Mobil VPN həlli sayəsində korporativ müştərilərimizin ehtiyac duyduğu rabitə vasitələrini təqdim edərək, əməliyyat xərclərinə daha yaxşı nəzarət etmələrinə və kompakt ünsiyyət mühiti yaradaraq əməkdaşlarının səmərəliliyini artırmalarına təkan verəcəyik" - deyib.
 
"Defne Telekomünikasyon"un İcraçı Direktoru Oğuz Haliloğlu isə, "Azercelll-lə olan bu həyəcanverici əməkdaşlığımızın Azərbaycan telekommunikasiya bazarı üzərində böyük bir təsiri olacağına və həm Azercell-in korporativ müştərilərinə rabitə xidmətlərində ən son texnologiya təqdim etməsinə, həm də "Defne"nin Müstəqil Dövlətlər Birliyi məkanında böyümə sürətinin artmasına faydası olacağına inanırıq" - deyib.

19.12.2016 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ