Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İngilislər Brexit dedi - TƏK BAŞINA İQTİDARA GƏLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
İngilislər Brexit dedi - TƏK BAŞINA İQTİDARA GƏLDİ

Böyük Britaniyada keçirilmiş erkən seçkinin nəticəsinə görə, Baş nazir Boris Johnson-un lideri olduğu Mühafizəkarlar Partiyası tək başına iqtidara gəlib. 


"Marja" xəbər veri ki, tək başına iqtidara gəlmək üçün parlamentdə 326 yeri tutmaq tələb olunurdu. Mühafizəkar Partiyadan 368 millət vəkili seçilib. 

 

Johnson-un ən böyük rəqibi Jeremy Corbyn-ın lideri olduğu İşçilər Partiyası isə 191 millət vəkili ilə ikinci olub. Beləcə, İşçilər Partiyası, 2017-də qazandığı 262 kürsüdən 71-ini itirərək tarixinin ən pis məğlubiyyətlərindən biri ilə qarşılaşıb. 

 

Seçkidə digər partiyalar 91 kürsü əldə ediblər.


BREXİT DƏQİQLƏŞDİ

 

Bu nəticəyə görə, Johnson, Avropa Birliyi ilə razılaşdırdığı Brexit müqaviləsini başqa bir partiyanın dəstəyinə gərək qalmadan 650 üzvlü İcmalar Palatasında keçirə biləcək və İngiltərə 31 Yanvar 2020-də Avropa Birliyindən çıxmış olacaq.

 

Johnson, tək başına iqtidara gəlməsi vəziyyətində ilk işinin Brexit razılaşmasını parlamentə gətirmək olacağını söyləyirdi.

13.12.2019 04:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ