Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bank Respublika"nın AYİB-dən cəlb etdiyi kreditin məbləği məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika"nın AYİB-dən cəlb etdiyi kreditin məbləği məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi. "Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb.

 

"Marja"nın əldə etdiyi məlumata, iki müqavilə üzrə (2 milyon və 4 milyon dollar) cəmi cəlb edilən məbləğ 6 milyon dollardır. 

 

İlk razılaşma Avropa İttifaqı və AYİB-in təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb.

 

KREDİT AZƏRBAYCAN MANATINDA AYRILIB 


"AYİB mühüm yerli kreditor olan "Bank Respublika"ya Azərbaycan manatı ekvivalenti ilə 6 milyon ABŞ dolları maliyyə dəstəyi təmin etdiyinə görə, Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS-lar) maliyyə vəsaitlərinə çıxışdan bəhrələnməlidirlər.

 

"Bank Respublik"a  vəsaitlərin  böyük hissəsini böyük şəhərlərdən kənarda yerləşən şirkətlər və yeni müştərilərə yönəltməyi planlaşdırır. Bankların kredit verməsini stimullaşdırmaqla yerli bizneslər üçün vəsaitlərə çıxışın daha da genişləndirilməsi ölkədə AYİB-in prioritetləri sırasındadır",- Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) "Marja"ya bildirilib.

13.12.2019 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ