"Bank Respublika"nın AYİB-dən cəlb etdiyi kreditin məbləği məlum oldu
Xəbər verdiyimiz kimi. "Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb.
"Marja"nın əldə etdiyi məlumata, iki müqavilə üzrə (2 milyon və 4 milyon dollar) cəmi cəlb edilən məbləğ 6 milyon dollardır.
İlk razılaşma Avropa İttifaqı və AYİB-in təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb.
KREDİT AZƏRBAYCAN MANATINDA AYRILIB
"AYİB mühüm yerli kreditor olan "Bank Respublika"ya Azərbaycan manatı ekvivalenti ilə 6 milyon ABŞ dolları maliyyə dəstəyi təmin etdiyinə görə, Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS-lar) maliyyə vəsaitlərinə çıxışdan bəhrələnməlidirlər.
"Bank Respublik"a vəsaitlərin böyük hissəsini böyük şəhərlərdən kənarda yerləşən şirkətlər və yeni müştərilərə yönəltməyi planlaşdırır. Bankların kredit verməsini stimullaşdırmaqla yerli bizneslər üçün vəsaitlərə çıxışın daha da genişləndirilməsi ölkədə AYİB-in prioritetləri sırasındadır",- Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) "Marja"ya bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl