Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Funt-seterlinq kəskin bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Funt-seterlinq kəskin bahalaşıb

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib.

 

Xəbər verdiyimiz kimi Baş nazir Boris Johnsonun lider olduğu Mühafizəkarlar Partiyası seçkidə qalib gəlib və təkbaşına yeni hökuməti quracaq. Seçkinin nəticəsi "Brexit" məsələsinin həlli ümidlərini qüvvətləndirib. İngiltərə 2020-ci ilin Yanvarında Avropa Birliyindən (AB) çıxa bilər.

 

"Marja" xəbər verir ki, Funt-seterlinq dollar qarşısında 2018-ci ilin May ayından bəri, Avro qarşısında isə 2016 Brexit səsverməsinin ardından görülən ən yüksək səviyyəyə qalxıb.


Funt-seterlinq 2.7% yüksəlişlə 1.3514 dollar səviyyəsini görüb və sonra 2.38% artımla 1.3475-dən əməliyyat olunub. 

 

Funt-seterlinqin 1.36 - 1.37 dollara qalxa biləcəyi nəzərdə tutulur. 

13.12.2019 07:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ