"Bakıda açılacaq 7 mərtəbəli binada ofislər, hətta yaşayış bloku yerləşəcək"

2020-ci ilin may-iyun aylarında Bakıda Həştərxan İş Mərkəzi açılacaq. Bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

 

“Vilayətin başçısı Həştərxan İş Mərkəzinin tikinti işlərinin gedişi iə tanış olub. Mərkəzin 2020-ci ildə Bakıda açılşı planlaşdırılır. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerlşəcək. Kompleks Həştərxan vilayətində açılıı olan Azərbaycan İş Mərkəzi ilə əlaqədə fəaliyyət göstərəcək”, - Həştərxan mətbuatının məlumatında vurğulanır.

 

Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır.

 

İqor Babuşkin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüş zamanı bu və ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə söz açıb. “Əminəm ki, may-iyun aylarında bu Mərkəzin təntənəli açılışını edə biləcəyik. Bu, mehriban qonşuluq münasibətlərin qurulmasında kifayət qədər təsirli alətdir. Əminəm ki, bununla əlaqədar aramızda sülh və həmrəylik olacaq. Və toplanan potensial yalnız inkişaf edəcək”, - Babuşkin vurğulayıb.

 

Cümə günü Azərbaycan prezidenti İlham Əliyev qubernatoru qəbul edəcək.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© İnterfaks-Azərbaycan

13 Dekabr 2019 , 11:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]marja.az

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin