Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Xəzər dənizinin suyu ilə elektrik stansiyası - İSTİSMARA VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzər dənizinin suyu ilə elektrik stansiyası - İSTİSMARA VERİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərenerji” ASC sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 MVt-lıq “Şimal-2” elektrik stansiyasında daha bir irəliləyiş edib. Cənub Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” elektrik stansiyasının ərazisində kiçik su elektrik stansiyası (SES) tikilib.

 

Reklam_3_11

ASC-dən verilən məlumata görə, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən kiçik SES-ə daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Kiçik SES-in tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

 

300 kVt-lıq kiçik SES vasitəsi ilə il ərzində 2,5 mln. kVt-saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və  “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” elektrik stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

 

Qeyd edək ki, “Azərenerji” ASC “Şimal” elektrik stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” elektrik stansiyasının daxilində də belə bir kiçik su elektrik stansiyasının tikilməsi planlaşdırılıb.

13.12.2019 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ