Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan dəmir yollarında pilotsuz taksi xidməti bu tarixdən tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan dəmir yollarında pilotsuz taksi xidməti bu tarixdən tətbiq ediləcək

Dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsi 2020-ci ildə pilot layihə olaraq həyata keçiriləcək.

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev bu gün "Azərbaycan Dəmir Yolları" QSC və “İdrak Texnoloji Transfer” MMC ilə "ASAN Railway" layihəsinə dair imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memarandumun detalları barədə məlumat verərkən deyib.

 

Ü.Mehdiyev qeyd edib ki, "ASAN Railway"  vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.

 

Onun sözlərinə görə, layihə ilk dəfə həyata keçirildiyinə görə çox ciddi təhlükəsizlik konsepsiyası hazırlanır: "Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək".

 

O vurğulayıb ki, yerli konsept olacaq: "Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir".

 

Ü. Mehdiyev əlavə edib ki, dəmir yolu şəbəkəsi sərnişin və yük daşımaları müəyyən vaxt intervalında həyata keçirir:"Bu intervalda olan sərbəst vaxtda insanlar dəmir yolu ilə taksi sifariş edə bilərlər. Bu cür layihə Yaponiyada tətbiq edilir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi genişlənir. Bakı- Tbilisi -Qars, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq layihələr həyata keçirilir, yəni Azərbaycan dəmir yolu şəbəkəsi dünyanın habına çevrilib. Bu şəbəkədən səmərəli istifadə etmək , həm Azərbaycan vətəndaşları üçün, həm turistlər üçün yeni sərnişin daşıma xidmətini yaratmağa hədəflənib."ASAN Railway" unikal layihədir və Azərbaycan buna imza atır".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

13.12.2019 09:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ