“Qara bazar”da da düşür
Banklar ilə bərabər “qara bazar”da Dolların alış və satış qiymətləri düşür.
"Marja"nın əldə etdiyi məlumata görə, bu gün səhər Bakıda “qara bazar”da Dolları 1.71 manatdan alıb, 1.7230 manata satırlar. Bundan öncə Dolların "qara bazar"da satış qiyməti 1.73 manat təşkil edirdi.
Banklarda Dolların alış qiyməti düşməkdə davam edir. Qanunsuz valyuta alverçilərinin də Dolların alış qiymətini bir qədər də aşağı salacağı gözlənilir.
BANKLARDA DA DÜŞÜR
Bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Hərracdan öncə bir sıra banklarda Dolların düşməsi müşahidə olunur.
Məsələn, Dolları alış qiymətini Bank Respublika 1.70 manatdan 1.69 manata, satışını 1.75 manatdan 1.74 manata, Bank of Baku alışı 1.7150 manatdan 1.7050 manata, satışı 1.74 manatdan 1.7350 manata, AtaBank alışı 1.7150 manatdan 1.70 manata, satışı 1.7450 manatdan 1.74 manata, AgBank alışı 1.7050 manatdan 1.6850 manata, satışı isə 1.75 manatdan 1.74 manata, Azərbaycan Sənaye Bankı alışı 1.72 manatdan 1.71 manata, satışı isə 1.74 manatdan 1.73 manata, PAŞA Bank satışı 1.75 manatdan 1.7390 manata, Unibank satışı 1.7320 manatdan 1.7290 manata salıb.
Dollar banklarda ötən həftənin cümə günündən bəri düşür. Dünən əksər banklar dolların alış və satış məzənnələrini aşağı salmışdılar. O cümlədən, Kapital Bank Dolların satış qiymətini 1.75 manatdan 1.7350 manata endirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
10 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
11 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
11 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 11 saat əvvəl