“Unibank”ın bütün bankomatları üçfunksiyalı oldu
® Unibank ATM-lərini yeniləyərək üç funksiyalı edib. İndi bankın bütün bankomatları cash-in (mədaxil), cash out (məxaric) və valyuta mübadiləsi imkanına malikdir.
Unibank hazrda ölkəmizdə bütün ATM-ləri üç funksiyanı özündə birləşdirən bankomat şəbəkəsinə malik ilk bankdır.
Bütün ATM şəbəkəsinin həm pul daxil etmək, həm pul çıxarmaq, həm də valyuta mübadiləsi imkanı olan bankomatlarla əvəzlənməsi, “Unibank”ın rəqəmsal bankçılığın inkişafı istiqamətində daha bir addımıdır. Məqsəd, müştərilərə daha geniş innovativ xidmətlər təklif etməkdir. Yalnız cash-out imkanı verən əvvəlki bankomatları əvəz edən yeni qurğuların interfeys rahatlığından tutmuş, cash-in, cash out və valyuta mübadiləsi funksiyalarınadək bir çox üstünlükləri var. Bu funksiyaların bir aparatda birləşdirilməsi isə müştərinin rahatlığını artırmaqla yanaşı, onu banka gəlmək, növbədə gözləmək, daha çox vaxt itirmək, ayrı-ayrılıqda bankomat və cash in axtarmaq kimi qayğılardan azad edir. Yəni bütün bu əməliyyatlar üçün lazım olan funksiyalar indi bir aparatda - yeni bankomatlarda birləşdirilib.
Yeni interfeys, ekranın touch screen olması və xüsusi qoruyucu örtüklə təchiz edilməsi, həm rahatlıq, həm də əlavə təhlükəsizliyi təmin edir. Yeni ATM-lərdə mədaxil etmək daha rahatdır, çünki cash-in qurğusundan fərqli olaraq əskinasları aparata bir-bir salmağa ehtiyac yoxdur. Yeni bankomat birdəfəyə 300 ədəd əskinas mədaxil etmək, 210 ədəd əskinası isə məxaric etmək funksiyasına malikdir. Qurğunun valyuta mübadiləsi funksiyasına malik olması, müştərilərin bu sahədəki tələbatını ödəmək üçün çox vacib əhəmiyyətə malikdir. Müştərilər rahat şəkildə dollar və manat arasında qarşılıqlı valyuta mübadiləsi edə bilirlər.
Yeni bankomatlarda “Unitransfer” pulköçürmə sistemi vasitəsi ilə göndərilən vəsaiti nağdlaşdırmaq da mümkündür.
Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
14 d. əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib
-
30 d. əvvəl
SƏN DƏ "DƏSTƏK" OL! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur
-
15 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
15 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
15 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
16 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
16 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 16 saat əvvəl