Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Kapital Bank-dan sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-dan sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlər

(®) Kapital Bank sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edir.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir: "Məlum olduğu kimi, hüquqi şəxslər bankda öz hesablarını açarkən imza nümunələrini notarial kontorlarında təsdiqlətdirdikdən sonra banka təqdim edirlər. Bu isə müştərilərin sənəd toplama mərhələsində əlavə vaxt itkiləri, xərclər və maneələrlə qarşılaşmalarına səbəb olurdu. Ölkədə ilk dəfə olaraq, Kapital Bank öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin Notariat kontorlarına getmədən yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.

 

Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi Kapital Bank-ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir. Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla  balans, hesab, POS terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə  məlumatı SMS şəklində dərhal ala biləcəklər. Məlumat üçün qeyd edək ki, xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

13.12.2019 10:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ