Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Nar"ın adından istifadə edən fırıldaqçı oyun saytı aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nar"ın adından istifadə edən fırıldaqçı oyun saytı aşkarlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın mobil rabitə operatoru "Nar" şirkəti adından istifadə edən və abunəçi nömrələrindən pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb.

 

Reklam_3_11

Bunu  şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov deyib.

 

Onun sözlərinə görə, şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, fırıldaqçılar "Nar"ın adından istifadə edərək dəyərli hədiyyələrin oynanılması ilə bağlı reklamlar yayırlar və bunun müqabilində abunəçilərdən kiçik bir məbləği müəyyən hesaba köçürülməsini tələb edirlər.

 

"Hazırda biz bu xoşagəlməz halın qarşısını almaq üçün əlimizdən gələni edirik. Lakin bundan öncə biz abunəçilərimizə xəbərdarlıq edirik ki, heç bir halda onlar öz kredit kartlarının məlumatlarını paylaşmasınlar. Biz abunəçilərimizə yalnız "Nar"ın rəsmi veb-saytında və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmalarını tövsiyə edirik. Abunəçilərdən xahiş olunur ki, diqqətli olsunlar və fırıldaqçıların qurbanına çevrilməsinlər", - deyə Ə. Axundov qeyd edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

13.12.2019 13:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ