Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycana daxil olan valyuta çıxan valyutanı üstələyib - TƏDİYYƏ BALANSI AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana daxil olan valyuta çıxan valyutanı üstələyib - TƏDİYYƏ BALANSI AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb.

 

“2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari əməliyyatlar Balansında yaranmış 4 mlrd dollarlıq profisit ehtiyat aktivlərinin 4.2 milyard dollar artmasını şərtləndirmişdir”,- Mərkəzi Bankın məlumatında deyilir.

 

Mərkəzi Bankın məlumatında qeyd edilib ki, 2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 21.3% azalaraq 4 milyard təşkil etmişdir. Neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 6.9% (677 milyon dollar) azalaraq 9.2 milyard dollar, qeyri-neft sektoru üzrə  CƏB kəsiri isə 8.5% (408 milyon dollar) artaraq 5.2 milyard məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisitinin əsas səbəbi xarici ticarət və təkrar gəlirlər balanslarında formalaşan profisitin xidmətlər və ilkin gəlirlər balanslarında yaranmış kəsiri tam örtməsi ilə əlaqədardır.

 

TƏDİYƏ BALANSI NƏDİR?


Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitlərini göstərir.


Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.

 
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.


Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

13.12.2019 13:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ