Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Turizm xidmətləri ixracından Azərbaycana daxil olan valyuta kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm xidmətləri ixracından Azərbaycana daxil olan valyuta kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nəzərən 1.7 dəfə azalaraq 2.7 milyard dollar təşkil etmişdir.

 

“Marja” xəbər verir ki, bu, 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilib.

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi  6.4% artaraq 4.6 milyard dollar tәşkil etmişdi.

 

2019-cu ilin 9 ayı ərzində turizm xidmətləri üzrə ixracın (təxminən 1.4 milyard dollar) idxalı (təxminən 1.3 milyard dollar) üstələməsi nəticəsində 80 milyon dollar həcmində profisit yaranmışdır. 2019-cu ilin 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 18%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.3 milyard dollar məbləğində olmuşdur. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

 

Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayı ərzində də xarici ölkәlәr tәrәfindәn Azәrbaycan rezidentlәrinә turizmlә bağlı göstәrilәn xidmәtlәrin dәyәri 1.3 milyard dollar mәblәğindә olmuşdu. 2018-ci ilin yanvar-sentyabr ayları әrzindә turizm xidmәtlәri üzrә profisit  370.3 milyon dollar olmuşdu.

13.12.2019 13:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ