Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İqtisadçı: Manat stabil qalarsa, mənzillərə tələb artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadçı: Manat stabil qalarsa, mənzillərə tələb artacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əgər bu ilin birinci yarısında Manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.

 

O deyib:

 

-Bəzi internet portallarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil

 

Mənzil bazarındakı mövcud vəziyyət ilə bağlı son günlər bizə xeyili suallar ünvanlanır. Bəzi internet portallarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil. Əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilib. Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da belə tələbin azlığı fonunda bu uğurlu olmayıb.

 

Mənzil bazarında qiymətlər necə dəyişəcək? Əvvəllər qeyd etdiyim kimi, mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalmasından asılı olacaq. Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər, digər tərəfdən isə manat stabillik əldə edə bilərsə bu sektorda yığım-yatırımların həcmini artıra bilər. Manatın stabilliyinə nail olmaq mümkün olsa da pulunu xarici valyuta saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər. Eyni zamanda, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə də belə 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təklif ilə tələb arasında uçrum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Amma əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir.

04.04.2017 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ