İlham Əliyev dövlət şirkətini təriflədi
Prezident İlham Əliyev görülən tədbirlər, o cümlədən kadr islahatlarının aparılması nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq şirkətə çevrildiyini bildirib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib. Mərasim zamanı İlham Əliyev şirkəti tərifləyib:
Prezident İlham Əliyev: Zavod da (Bakı gəmiqayırma zavodu - red) işləyir. İş yerləri açılıb. İndi zavodu sifarişlərlə biz özümüz təmin edirik və gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz üzərinə götürüb. Elədirmi?
Rauf Vəliyev: Bəli, 30 faizi dövlət tərəfindən təmin olunur.
Prezident İlham Əliyev: 30 faiz dövlət, 70 Gəmiçilik. Bu da onu göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda qalır. Azərbaycanda tankerlər, bərələr inşa edilir. Yəni, pul qalır ölkəmizdə. Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.
HƏMÇİNİN OXU:İlk tanker istismara verildi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
23 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl