"Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq"
Bu gün Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib.
"Marja"nın məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev məlumat verib ki, gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik “Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.
Prezident İlham Əliyev: Zavodu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq.
Rauf Vəliyev: İlk gəminin də adını Siz qoydunuz, “Azərbaycan”.
Prezident İlham Əliyev: Bəli, adı da “Azərbaycan” olmalıdır. Bu layihə harada hazırlanıb?
Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bizim müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.
Prezident İlham Əliyev: Bizdə olan bərələrdən daha böyükdür?
Rauf Vəliyev: Bu, 56 vaqon götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksialı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.
Prezident İlham Əliyev “Azərbaycan” gəmi-bərəsinin suya salınmasını bildirən düyəni basıb.
Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl