Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq"

Bu gün Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib.

 

"Marja"nın məlumatına görə,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev məlumat verib ki, gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik “Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.


Prezident İlham Əliyev: Zavodu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq.

 

Rauf Vəliyev: İlk gəminin də adını Siz qoydunuz, “Azərbaycan”.

 

Prezident İlham Əliyev: Bəli, adı da “Azərbaycan” olmalıdır. Bu layihə harada hazırlanıb?

 

Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bizim müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.

 

Prezident İlham Əliyev: Bizdə olan bərələrdən daha böyükdür?

 

Rauf Vəliyev: Bu, 56 vaqon götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksialı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.

 

Prezident İlham Əliyev “Azərbaycan” gəmi-bərəsinin suya salınmasını bildirən düyəni basıb.

 

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

13.12.2019 15:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ