Qiyməti üç aydan bu yana ilk dəfə 60 dollar səviyyəsini aşdı

Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət razılaşmasını təsdiqlədiyi barədə iddianın ardından kəkin yüksəlib.

 

"Marja" xəbər verir ki, ABŞ xam neftinin (WTI) qiyməti, təxminən üç aydan bu yana ilk dəfə 60 dollar səviyyəsini aşıb.

 

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət razılaşmasına gedilməsi qlobal neft tələbini dəstəkləyir.

 

Brent nefti 1,6% bahalaşaraq barelinin qiyməti 65,22 dollara, ABŞ xam nefti isə 1% bahalaşaraq barelinin qiyməti 60,11 dollara yüksəlib. 

 

Mövzu haqqında məlumata malik olan mənbələrə görə, birinci mərhələ ticarət razılaşması ABŞ-ın Çin məhsullarına 15 dekabrda tətbiq etməyə başlamağı planlaşdırdığı tarifləri təxirə salır. 

 

Analitiklər bildirirlər ki, razılaşma olsa belə, yenə də neft bazarı, gələn ilin ilk yarısında, böyük bir təklif artıqlığı riski ilə qarşı-qarşıya qalacaq.

14 Dekabr 2019 , 09:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin