Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da aktiv neft qazma qurğularının sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da aktiv neft qazma qurğularının sayı artıb

ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının (qüllələrinin) sayı ötən həftə 4 ədəd artıb 

 

"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 7-13 dekabr həftəsində bir əvvəlki həftə ilə müqayisədə 4 ədəd artaraq 667-yə yüksəldib. Daha çox quyunun qazılması yaxın gələcəkdə neft hasilatının daha da artmasına səbəb ola bilər.

 

Cümə günü Brent neftin barel qiyməti 65,40 dollardan, Qərb Tekxas (WTI) xam neftin barel qiyməti də 59,82 dollardan bağlanıb. Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 65 dollardan alıcı tapıb. 

 

Ötən həftə ABŞ və Çin arasında birinci mərhələ ticarət razılaşması olduğu barədə xəbərlər neftin qiymətinin yüksəlməsinə səbəb olmuşdu.

 

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Qazma qurğularınım sayının azalması qazılan neft quyularının sayının artması deməkdir.  

 

16.12.2019 05:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ