Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Lazım gəlsə "İncirlik"i də bağlayarıq,"Kürecik"i də bağlayarıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Lazım gəlsə "İncirlik"i də bağlayarıq,"Kürecik"i də bağlayarıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Senatının "erməni soyqırımı" qərarına bağlı, "Yeri gəldiyi zaman oturarıq bütün heyətlərimizlə birlikdə, bağlanılması lazımdırsa "İncirlik"i də bağlayarıq,"Kürecik"i də bağlayarıq" deyib.

 

ABŞ Senatı qondarma  "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

 

"İncirlik" Türkiyə Silahlı Qüvvələri və Amerikan Hava Qüvvələrinin xidmətində ortaq hərbi bazadır.

 

Qondarma Erməni soyqırımı məsələsi ilə əlaqədar, ABŞ-dakı rəsmilərin mövzunu tam olaraq bilmədiyini qeyd edən Ərdoğan, "Sözdə Erməni soyqırımı mövzusunda bunları bütün oradakı rəsmilərə izah etdiyimiz zaman bəziləri baxıram mövzu haqqında məlumatlı deyillər. Biz, 1 milyonun üzərindəki sənədi, hazırda Silahlı Qüvvətlərimizin əlindəki sənədi, orada arxivlərimizdəki sənədi açırıq, 'Buyurun' deyirik. Gəlsin tarixçilər, hüquqşunaslar bunları araşdırsın. Yaxşı Amerikada varmı? Amerikada yalnız Harvardda bir miqdar bu cür sənədlər olduğu deyilir, onlar da açsın. Bir miqdar Fransada olduğu deyilir, onlar da açsın. Ermənistanda varmı, yox. Bütün hər kəs bu cür arxivlərini açsınlar və bu arxivlər, qurulacaq olan tarixçilərdən ibarət  heyətlər tərəfindən araşdırılsın. Hüquqçular tərəfindən, arxeloqlar tərəfindən araşdırılsın. Ondan sonra lazım olsa biz siyasətçilər baxarıq. Çünki bu qərar siyasətçilərin verəcəyi bir qərar deyil" - ifadələrini istifadə edib.

 

Ərdoğan əlavə edib:

 

"Bəziləri Trampı zəiflətmək məqsədilə ölkəmizlə əlaqədar məsələləri öz mənfəətləri üçün sui-istifadə etdiklərini  görməkdəyik. Trampın səlahiyyətlər bir çox şeyi dəyişdirə bilmir. Çünki qərarverici tək başına Tramp deyil. Bu hərəkətlər, müttəfiqlik əlaqələrimizin ruhu ilə uyğun gəlmədiyi kimi ABŞ rəhbərliyi ilə 17 Oktyabr tarixində Suriya mövzusunda əldə edilmiş razılaşmaya da zidddir".

 

Qeyd edək ki, Türkiyənin ABŞ ilə əlaqələrinin pisləşməsi ilə əlaqədar olaraq Lirə ucuzlaşır. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,3% də dəyərdən düşüb. Dollar/Türk Lirəsi məzənnəsi 5.82 səviyyəsini aşıb.

16.12.2019 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ