Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əmanətçiləri 430,5 milyon manat kompensasiya alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətçiləri 430,5 milyon manat kompensasiya alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fond tərəfindən 16 dekabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 081 min  manatdan  artıq  kompensasiya  ödənilmişdir.

 

16 dekabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 944 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 213 min manatdan artıq kompensasiya ödənilmişdir.

 

16 dekabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 174  min manatdan artıq kompensasiya ödənilmişdir.

 

KOMPENSASİYANIN 97%-İ ÖDƏNİLİB

 

16 dekabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  430  milyon  534  min  manatdan artıq  kompensasiya  ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilmişdir.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 718 milyon 002 min manatdan artıq kompensasiya ödənilmişdir.

19.12.2016 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ