Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Beynəlxalq Bank 15 milyard manatlıq problemdən xilas olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Beynəlxalq Bank 15 milyard manatlıq problemdən xilas olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu ilin sonunadək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) özəlləşdirilməsini gözləməyə dəyməz". Bunu açıqlamasında "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib.

 

Reklam_3_11

Onun sözlərinə görə, dövlət bankının balansından qeyri-işlək kreditlərin çıxarılması və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir: "Bu proses bu ilin sonunadək davam etdiriləcək, lakin bu ilin sonunadək bankın özəlləşdirilməsini gözləməyə dəyməz".

 

Vitse-prezident xatırladıb ki, 2015-2016-cı illər ərzində ABB-dən dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatına 10 mlrd. manat həcmində problemli aktiv ötürülüb: "Bu il daha 3 mlrd. dollarlıq problemli aktivin ötürülməsi planlaşdırılır".

 

Beləliklə, bugünkü rəsmi məzənnəyə əsasən, bu il dövlət bankından təxminən 5,173 mlrd. manatlıq problemli aktivin çıxarılması nəzərdə tutulub. Yuxarıda da qeyd edildiyi kimi, indiyədək ABB-nin balansından 10 mlrd. manat həcmində toksik aktivin çıxarıldığını nəzərə alsaq, ilin sonuna bu rəqəm 15,2 mlrd. manata çatacaq.

 

© APA

 

04.04.2017 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ