Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azəralüminium” “ADA” Universiteti ilə əməkdaşlıq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəralüminium” “ADA” Universiteti ilə əməkdaşlıq edəcək

“ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

 

Reklam_3_11

Azərbaycan Sənaye Korporasiyasının yaydığı məlumatda bildirilir ki, görüş zamanı Universitetin rektoru Hafiz Paşayev və müəssisənin direktoru Maksim Cavadov tələbə və məzunların məşğulluq imkanları, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, eləcə də “Azəralüminium” MMC-nin informasiya texnologiyaları üzrə mütəxəssislərinin həmin  sahə üçün hazırlanan kadrların təcrübə keçməsinə cəlb olunması və ümumilikdə bu qəbildən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

 

Qeyd olunub  ki,  İT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarəolunması, marketinq və digər sahələr üzrə yeni kadrların  hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində  əməkdaşlığın qurulması da nəzərdə tutulur.

 

"“Azəralüminium” MMC  və  ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr  tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır",- məlumatda deyilir.

16.12.2019 07:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ