"Qış mövsümündə turist axınının 5% artacağını gözləyirik"
“Şahdağ” Turizm Mərkəzinin rəhbəri Rodderik Leffler 2019-2020-ci illərin qış mövsümündə turist axınının 5% artacağını proqnozlaşdırır.
"Kompleksimizin fəaliyyət göstərdiyi 6 il ərzində ilk dəfə olaraq bu mövsümdə qonaqlar üçün bütün xizək yollarını istifadəyə vermişik, buna görə də turist axınının ötən mövsümlə müqayisədə 5% artacağını gözləyirik", - deyə o, qış mövsümünün açılışı münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.
R.Leffler qeyd edib ki, xarici qonaqların böyük hissəsini Rusiya və Qazaxıstandan olan turistlər təşkil edir.
O, həmçinin deyib ki, qonaqların və ziyarətçilərin rəylərini nəzərə alaraq, qarşıdakı mövsümdə bu kompleksdə turizm xidmətlərinin qiymətləri 15% aşağı salınıb.
Kompleksin rəhbəri vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi, xüsusilə 2020-ci ilin avqustunda diceylərin festivalının təşkil edilməsi planlaşdırılır. Bundan başqa, tələbələr üçün yay düşərgəsinin təşkili də nəzərdə tutulur.
“Şahdağ Turizm Mərkəzi” QSC Azərbaycan Dövlət Turizm Agentliyinin strukturuna daxildir.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
- 20 d. əvvəl
-
44 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl