Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu ölkənin reytinqi düşdü, pul vahidi kəskin ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ölkənin reytinqi düşdü, pul vahidi kəskin ucuzlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
 Cənubi Afrika 17 il sonra "investisiya edilə bilər" reytinqini itirib


 
"Marja" xəbər verir ki, S&P-nin Cənubi Afrikanın kredit reytinqini 2000-ci ildən bu yana ilk dəfə "investisiya edilə bilər" səviyyəsindən aşağı salması bazarları da silkələyib.

Reklam_3_11


 
Cənub Afrika Prezidenti Jacob Zumanın, keçmiş maliyyə naziri Pravin Gordhan, o cümlədən çoxlu sayda nazirin yerinə təyinatlar etməsinin ardından, S&P Cənubi Afrikanın kredit reytinqini "BB+"a endirb, proqnozunu isə "mənfi" olaraq açıqlayıb.


 
Ölkənin pul vahidi Rand, qərardan sonra 3 ayın ən aşağı səviyyəsinə geriləyib, istiqraz faizləri yüksəlib.


 
Rand, bu gün səhər də 0,7 faiz ucuzlaşma ilə inkişaf edən ölkə pul vahidləri əarasında dollara qarşı ən çox dəyər itirən pul vahidi olub.
 


Cənubi Afrikanın reytinqini 7 Apreldə qiymətləndirəcək Moody's da Bazar ertəsi verdiyi bəyanatda kabinetdəki dəyişikliklərin, struktur islahatların davamına dair sual yaratdığını bildirmişdir.


 
Cənubi Afrika Prezidenti Jakob Zuma, günlərlə davam edən siyasi gərginlikdən sonra maliyyə naziri Pravin Gordhanı vəzifədən azad edərək, yerinə daxili işlər naziri Malusi Gigabayı təyin etmişdir.


 
 Yeni maliyyə naziri Gigaba dünən verdiyi bəyanatda iqtisadi artımı və qara xalqın rifahını təmin etmək üçün "sərt qaydalar"  tətbiq edəcəyini söyləyib.

04.04.2017 10:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ