Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% azdır.


Sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

 

Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil etmişdir.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,0 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,9 faiz təşkil etmişdir.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilmişdi.

16.12.2019 09:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ