Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nazirlikdən “CinemaPlus” və “Park Cinema”ya xəbərdarlıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlikdən “CinemaPlus” və “Park Cinema”ya xəbərdarlıq

 

“Müstəqil fəaliyyət göstərən “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distributor şirkətləri arasında son zamanlar yaranmış xoşagəlməz münasibətlər cəmiyyətdə və internet məkanında müzakirələrə səbəb olub”.

Reklam_3_11

 

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib. 

 

Məlumatda qeyd olunub ki, məntiqi izahı olmayan bu xoşagəlməz hal narahatlıq doğurmaya bilməz:

 

“Statusundan, fəaliyyət növündən asılı olmayaraq, hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir. O cümlədən, kino sahəsində bir növ inhisarçı mövqe tutan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verilməməlidir. Hazırda ölkəmizdə dövlət sifarişli filmlərlə yanaşı, müstəqil kino sahəsində də canlanma müşahidə edilməsi və milli filmlərə tamaşaçı marağının artması müsbət hal kimi xarakterizə oluna bilər. Bu prosesin inkişaf etməsi bütün maraqlı tərəflərin xoşməramlı münasibətindən asılıdır. Ona görə də kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma  şəraitində müsbət həllinə və gələcəkdə də ictimai narazılıq doğuran halların baş verməməsi üçün son dərəcə diqqətli olmağa çağırır”.

 

Nazirlik bildirir ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur.

04.04.2017 10:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ