Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL 11,5 milyon dollarlıq yeni müqavilə bağladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL 11,5 milyon dollarlıq yeni müqavilə bağladı

“Azərbaycan Hava Yolları” “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindan “Marja”ya daxil olmuş məlumaat görə, trenajor “Azərbaycan Hava Yolları” yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.

 

Müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, “FlightSafety International” tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filipp Delfur imzalamışdırlar.

 

Müqavilənin ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edir.

 

"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabr ayında “Dubai Air Show – 2019” sərgisi çərçivəsində əldə edilmişdir.

 

“Milli Aviasiya Akademiyası Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı yerdir. Buna görə biz onun maddi-texniki bazanın genişləndirilməsi üzərində daim çalışırıq. MAA-nın rektoru akademik Arif Paşayev ilə birlikdə akademiyanın ərazisində trenajor komleksi üçün nəzərdə tutulmuş və inşası sona çatmaqda olan binanın tikilməsi barədə qərar qəbul etmişdik. “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək. Bugünkü sazişin imzalanması aviasiya sahəsində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması üçün səylə çalışdığımızın daha bir təsdiqidir", –  Cahangir Əsgərov qeyd etmişdir.

 

Qeyd edək ki, sözügedən trenajorda Azərbaycanın aviaşirkətlərinin pilotları ilə yanaşı xarici aviaşirkətlərin də pilotları təlim keçəcək.

 

AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir – “Airbus A319 / 320”, “Boeing 757/767”, “ATR-42/72”, həmçinin “Mi-8AMT” vertolyotu. 

 

““FlightSafety” AZAL-ın bu qabaqcıl aviasiya trenajorunun təchizatçısı kimi bizi seçdiyindən çox qürur duyur. Sözügedən trenajor ən yüksək standart olan “D” səviyyəsinə uyğundur. Bu, AZAL-ın təhlükəsizliyə sadiqliyini və pilotlarına ən yüksək keyfiyyətli və effektiv təlim verməsinin əyani təsdiqidir. Aviaşirkət ilə münasibətlərimizin genişlənməsinə və Azərbaycanda olmağımıza ümid edirik", – Con Van Maren qeyd etmişdir.

16.12.2019 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ