Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət Reklam Agentliyindən 2 milyon manatdan çox xalis qazanc

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Reklam Agentliyindən 2 milyon manatdan çox xalis qazanc

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2018-ci ili 2 milyon 115 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

Bu barədə qurumun maliyyə hesabatından məlum olur. 

 

Sənədə əsasən, ötən il ADRA-nın gəlirləri 13 milyon 263 min manat, o cümlədən reklam yayımı haqlarından gəlirləri 12,5 milyon manat, reklam daşıyıcılarının satışından gəlirləri 445 min manat, digər gəlirləri isə 318 min manat təşkil edib. Agentliyin xərcləri isə 10 milyon 334 min manat, o cümlədən insan resursları üzrə xərcləri 6 milyon 834 min manat, digər əməliyyat xərcləri 2 milyon 581 min manat, satdığı malların maya dəyəri 434 min manat, amortizasiya xərcləri 312 min manat, digər xərcləri isə 173 min manat olub. Son nəticədə qurum 2 milyon 929 min manat əməliyyat mənfəəti əldə edərək bunun 814 min manatını mənfəət vergisi kimi ödəyib.

 

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 6 milyon 822 min manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Ötən il Agentliyin 2 milyon 595 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,3 dəfə artaraq 4 milyon 228 miln manata çatıb.

 

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə, publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

16.12.2019 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ