Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Milli rabitə operatorunun böyük məbləğdə zərəri olduğu üzə çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli rabitə operatorunun böyük məbləğdə zərəri olduğu üzə çıxdı

“Aztelekom” MMC 2018-ci ili 16 milyon 884 min manat xalis zərər ilə başa vurub. Halbuki, MMC 2017-ci ili 5 milyon 647 min manat, 2016-cı ili isə 10 milyon 259 min manat xalis mənfəət ilə bağlamışdı.

 

“Marja” dövlət şirkətinin auditorun təsdiq etdiyi illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 74 milyon 835 min manat təşkil etmiş cəmi gəlirlər, 2018-ci ildə 78 milyon 237 min manata yüksəlib. 2016-cı ildə şirkətin gəlirləri 90 milyon manatı aşmışdı.

 

Ötən il “Aztelekom”un 78 milyon 237 min manat gəlirlərinə qarşı cəmi xərcləri 92 milyon 313 min manat təşkil edib. Nəticədə, şirkətin 14 milyon 76 min manat əməliyyat zərəri yaranıb.

 

2017-ci ildə “Aztelekom”un 74 milyon 835 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 79 milyon 749 min manat olmuş, şirkət 4 milyon 914 min manat əməliyyat zərəri etmişdi. 14 milyon 603 min manatlıq sair gəlirlər hesabına zərər bağlanmışdı. Dövlət şirkətinin ümumi, inzibati və digər əməlliyyat xərcləri artıb.

 

2018-ci ildə “Aztelekom”un cəmi aktivləri 4,2% artaraq  222 milyon 365 min manata çatıb.

 

Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini, Beynəlxalq Avtomat Telefon Stansiyasını (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. 

 

“Aztelekom” MMC-nin 31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları "PwC Audit Azerbaijan" şirkəti tərəfindən yoxlanılıb. 

 

Yerli hesabatlar əsasında tərtib edilmiş hesabatda “Aztelekom” MMC 2018-ci ili 18 milyon 812 min manat xalis mənfəət ilə başa vurduğu qeyd edilmişdi. 

16.12.2019 13:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ